“Niva“ “Wolsvagen”lə toqquşdu: 6 nəfər xəsarət alıb - Lənkəranda

Lənkəranda yol-nəqliyyat hadisəsində 6 nəfər xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu Şiləvar kəndindən keçən hissəsində baş verib. Astara rayon sakini 1990-cı il təvəllüdlü Ağazadə Rəhman Sadiq oğlunun idarə etdiyi “Niva“ markalı avtomaşın, Lənkəran rayon Digah kənd sakini 1988-ci il təvəllüdlü Həsənov Röyal Kamil oğlunun idarə etdiyi “Wolsvagen” markalı minik avtomaşını ilə toqquşub. Nəticədə hər iki sürücü və “Niva”-da olan sərnişinlər: 1957-ci il təvəllüdlü Muradov Elsevər Mükərrəm oğlu, 1965-ci il təvəllüdlü Ağayev Sadıx Nöbək oğlu, 1966-cı il təvəllüdlü Muradova Sevil Mükərrəm qızı, 1966-cı il təvəllüdlü Muradov Mehman Nafe oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. “Wolsvagen”-in sürücüsü R.Həsənov və “Niva”-kı sərnişin E.Muradovun vəziyyətləri daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. Əldə etdiyimiz məlumata görə, “Niva”dakı sürücü və sərnişinlər Astara rayonunun Motlayataq kəndindən olmaqla yaxın qohumlardır və Lənkəranda toy mərasimindən sonra evə qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












