Ölümlə nəticələnən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Salyanda iki maşının toqquşduğu dəhşətli qəza sürücünün həyatını aldı. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisə Salyan şəhərinin Əlibəy Hüseynzadə və Ənnağı Hüseynov küçələrinin kəsişməsində baş verib. Salyan şəhər sakini 27 yaşlı Hikmət Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə Neftçalanın Kür-Qarabucaq kənd sakini 28 yaşlı Rafiq Həsənlinin idarə etdiyi "NİVA" markalı avtomobil toqquşub. Zərbənin təsirindən yolun kənarına düşən avtomobillərdən biri aşıb və zədələnərək dəmir yığınına çevrilib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "NİVA"da olan Salyan sakinləri 26 yaşlı Soltan Hüseynli və 27 yaşlı Əziz Heseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan RMX-ya aparılarkən "NİVA"nın sürücüsü yolda keçinib. Qəzanın səbəbləri hələ ki, məlum deyil, faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












