On yeddi yaşlı yeniyetmə ağır yol qəzasında həyatını itirdi

Muğlanın Fethiye rayonunda iki avtomobilin toqquşması nəticəsində ağır yaralanan 17 yaşlı Arda Dirmilli, 10 gündür davam edən həyat mübarizəsini uduzub.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə avqustun 12-də, saat 20:30 radələrində Antalya–Seydikemer avtomobil yolunun Esenköy ərazisindəki dairəvi dönmə nöqtəsində baş verib. Osman Kösenin idarə etdiyi avtomobillə M.T.-yə məxsus digər avtomobil toqquşub.
İlkin tibbi yardım üçün əraziyə təcili yardım və polis əməkdaşları cəlb edilib. Qəza nəticəsində hər iki sürücü və avtomobildə sərnişin qismində olan Arda Dirmilli yaralanıb. Onlar Fethiye Dövlət Xəstəxanasına aparılıblar.
Yaralılardan texniki işlə məşğul olan Osman Köse bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Ağır vəziyyətdə Muğla Təhsil və Araşdırma Xəstəxanasına köçürülən Arda Dirmilli isə 10 günlük müalicədən sonra dünyasını dəyişib.
Məlumata görə, Dirmilli Fethiyədə çıraklıq təhsil mərkəzində oxuyur və eyni zamanda sıhhi texniki sahədə işləyirdi. Qəza ilə bağlı araşdırma davam edir.(sonxeber)
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












