Ön zolaqlı yolda piyadanı maşın vurub öldürdü; sürücü də qayda pozur - VİDEO

"Yol hərəkəti qaydalarına laqeyd yanaşmanın nəticəsi növbəti dəfə faciə ilə yekunlaşıb. Müəyyən edilməmiş yerdən yolu keçməyə cəhd edən piyada və düzgün ara məsafəsi saxlamayan sürücünün məsuliyyətsiz davranışı insan həyatının itirilməsi ilə nəticələnir".
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, qaydalara riayət etməklə yalnız özünün deyil, eyni zamanda, digər insanların da təhlükəsizliyini qorumuş olur.
"Piyadaların yolu yalnız müəyyən olunmuş yerlərdən - piyada zolaqlarından, yeraltı və yerüstü keçidlərdən keçməsi, sürücülərin isə yol şəraitinə uyğun sürət seçməsi və ara məsafəsini saxlaması qanunun tələbidir. Bu tələblərə əməl edilməməsi isə ağır nəticələrə gətirib çıxarır".
BDYPİ bir daha xatırladıb ki, piyadaların yolun istənilən hissəsindən keçməsi həyat üçün ciddi təhlükə yaradır. Keçidə daxil olmazdan əvvəl mütləq şəkildə yol vəziyyətini dəyərləndirmək, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və dayana bilmə imkanlarını nəzərə almaq lazımdır. Yolu qəfil və ya gözlənilmədən keçməyə çalışmaq həm piyada, həm də sürücülər üçün böyük risk yaradır.
"Yolu keçərkən diqqətinizi tamamilə hərəkətə yönəldin. Mobil telefondan, qulaqlıqlardan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməyin. Hətta piyada keçidindən istifadə etdiyiniz halda belə, yalnız sürücünün sizi gördüyünə və dayana biləcəyinə əmin olduqdan sonra yolu keçin.
Unutmayın: təhlükəsizlik yalnız sürücülərdən deyil, həm də piyadaların diqqətindən və məsuliyyətindən asılıdır. Qaydalara əməl etməklə siz həm özünüzü, həm də ətrafınızdakı insanların həyatını qoruyursunuz", - deyə BDYPİ-nin məlumatında qeyd olunub.
İki "Toyota” toqquşdu - 7 nəfər yaralandı - VİDEO
Maştağada əks yola çıxan “Jeep” və yük maşını toqquşdu - ANBAAN VİDEO
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Yanacaq maşını AŞDI; yanğın başladı - VİDEO
Şəhərin mərkəzində əks yola çıxan sürücü ağır qəza törətdi - VİDEO
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər öldü
Bakı-Qazax yolunda baş verən avtobus qəzasının SƏBƏBİ AÇIQLANDI - VİDEO
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub – ADLAR - FOTO - VİDEO
DYP Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
Yasamalda “Kamaz” “Mercedes”lə toqquşub - FOTOLAR
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTOLAR










