"Opel" ata və oğlunu vurdu: azyaşlı uşaq öldü - Qəbələdə

Qəbələ rayonunda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə iyulun 4-də gecə saatlarında baş verib. 1982-ci il təvəllüdlü Mustafayev Ziyanur Ətraf oğlu idarə etdiyi "Opel" markalı 10 SZ 127 dövlət nömrə nişanlı avtomobillə Ağdaş-Qəbələ avtomobil yolu ilə Qəbələ istiqamətində hərəkət edərkən yolun kənarında hərəkətdə olan piyada, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlu və onun azyaşlı oğlu, 2012-ci il təvəllüdlü Haqverdiyev Rövşən Rəvan oğlunu vurub.
Hadisə nəticəsində azyaşlı hadisə yerində dünyasını dəyişib, atası R.Haqverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












