Ötmə qaydasını pozub qəfil hərəkət etdi; maşını aşırdı - REAL VİDEO

“Manevretmə qaydalarının pozulması qəza riskinin əsas səbəblərindən biridir”.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.
Bildirilib ki, manevretmə qaydalarının pozulması çox zaman qəfil zolaq dəyişmələri, dönmə siqnalından istifadə etməmək və ya digər nəqliyyat vasitələrinin sürətini, məsafəsini nəzərə almadan hərəkət etmək kimi hallarla müşahidə olunur. Bu qayda pozuntusu bir çox hallarda yollarda qəfil toqquşmalara və ağır nəticəli qəzaların baş verməsinə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək aşağıdakıları vurğulayıb:
1. Dönmə və zolaq dəyişməzdən əvvəl siqnal verin. Bu, digər sürücülər və piyadalar üçün xəbərdarlıqdır.
2. Məsafəni dəqiq qiymətləndirin. Yalnız kifayət qədər təhlükəsiz interval olduqda manevr edin.
3. Sürətə diqqət yetirin. Manevretmə zamanı qəfil sürət artırmaq və ya azaltmaq qəza riskini yüksəldir.
4. Dairəvi hərəkətlərdə, kəsişmələrdə üstünlük qaydalarını qoruyun.
5. Piyada zolaqları yaxınlığında xüsusən ehtiyatlı olun. Burada edilən kiçik bir diqqətsizlik insan həyatına ciddi təhlükə yarada bilər.
Qeyd olunub ki, manevretmə qaydalarına riayət etmək inzibati qanunvericiliyin tələbi olmaqla yanaşı, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Çünki istənilən düzgün aparılmayan manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.
"Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını bir daha məsuliyyətli davranmağa, manevr edərkən qaydalara ciddi şəkildə əməl etməyə çağırır", müraciətdə deyilir.
Prospektdə qadın sürücü “BMW”ni bordürə çırpdı - VİDEO
Ödənişli yolda qəza: “Gelandewagen” maneəyə çırpılıb aşdı - VİDEO
İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb
Qubada maşın aşıb: XƏSARƏT ALANLAR VAR - FOTO - YENİLƏNİB
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Tələbə qızı dəm qazından boğulmuşdu; 3 il sonra qəzada öldü - FOTO
"BYD" "Kamaz"la toqquşdu - Ölən var - VİDEO
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR - YENİLƏNİB
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi: Ata və oğul qəzaya düşdü










