Ötmə zamanı qayda pozdu; dəhşətli qəza baş verdi - DYP-dən VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) sürücülərə ötmə qaydalarına ciddi şəkildə riayət etmələri barədə xəbərdarlıq edib. Qurumdan verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biri məhz ötmə əməliyyatının düzgün və təhlükəsiz şəkildə həyata keçirilməsidir.
Avtosfer.az-a bildirilib ki, ötmə yalnız icazə verilən, görünüş məsafəsinin aydın olduğu və qarşıdan gələn nəqliyyat vasitələrinin olmadığı hallarda aparılmalıdır. Lakin müşahidələr göstərir ki, bəzi sürücülər bu tələbləri pozaraq müəyyən olunmayan yerlərdə ötməyə cəhd edirlər. Bu isə qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini artırır və çox zaman ağır, hətta faciəvi nəticələrə gətirib çıxarır.
Qurum sürücülərə xatırladır ki, yol nişanları və xətlənmələr təsadüfən qoyulmur – onların hər biri hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək, qəza riskini minimuma endirmək və insan həyatını qorumaq məqsədi daşıyır.
“Qadağan olunmuş yerdə ötmə təkcə inzibati qayda pozuntusu deyil, həm də digər sürücü və sərnişinlərin həyatına ciddi təhlükə yaradan məsuliyyətsiz davranışdır,” – deyə BDYPİ bildirib.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












