Paytaxtda daha bir avtomobil qəzası: İşıqfor yararsız hala düşdü - VİDEO

Paytaxtda bir çox işıqforlar yol-nəqliyyat hadisələri zamanı istifadəyə yararsız hala düşüb.
Avtosfer.az xəbər verir ki, baş verən yol-nəqliyyat hadisələri təkcə nəqliyyat sıxlığının yaranması ilə nəticələnmir, bu qəzalar həm də svetoforları yararsız hala salır. Bu vəziyyətdən isə yol hərəkəti iştirakçıları əziyyət çəkməli olurlar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov sosial şəbəkədə paylaşım edib.
O həmin qəzalardan birinin görüntüsünü yayıb və sözlərinə belə davam edib:
"Gecə saatlarında Nəsimi rayonu, Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində növbəti dəfə svetofor yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən piyada və sürücülərin təhlükəsizliyini təmin etmək üçün qısa müddət ərzində sıradan çıxan svetofor dirəyi yenisi ilə əvəz olunub".
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












