Piyadanı vurub idarəetməni itirən sürücü başqa maşınla toqquşdu: Ölən var - VİDEO - YENİLƏNİB

Ötən gün saat 20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Maştağa qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
Bu barədə Oxu.Az-a mərkəzdən məlumat verilib. Qeyd edilib ki, çağırış ünvanına dörd təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumatda bildirilib ki, qəzada xəsarət alan iki nəfər travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, bir nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, bir nəfər Sabunçu Tibb Mərkəzinə, daha bir nəfər isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.
***12:23
Bakı şəhəri, Maştağa-Buzovna avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 18-də saat 19:00-da baş verib.
Belə ki, Maştağa-Buzovna avtomobil yolunda 90-TR-152 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra o, idarəetməni itirərək qarşı yolda hərəkətdə olan 50-DU-990 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Niva" markalı avtomobilin sürücüsü M.Dəmirov ölüb, "Opel" markalı avtomobilin sürücüsü və piyada xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












