Qadının öldüyü qəza ilə bağlı hökm oxundu

Sabunçu rayonu Maştağa-Buzovna şossesində ağır yol qəzası törədən sürücüyə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, 1973-cü il təvəllüdlü Kəmalə Şəfaqət qızı Şirinovanın ölümü ilə nəticələnən qəzanı törədən 55 yaşlı Vüqar Behbudova 5 il 1 ay həbs cəzasıverilib. O, oktyabrın 15-i məhkəmə zalındaca qandallanıb. Təqsirləndirilən şəxsin həbsdən sonrakı dövrdə 1 il 9 ay avtomobil idarəetmə hüququ da məhdudlaşdırılıb.
Bildirilib ki, hadisə vaxtı Vüqarın sükanı arxasında olduğu “Chevrolet Cruze” saatda 83 kilometr sürətlə hərəkət edirmiş. Bu zaman avtomobil qarşısına çıxan Kəmalə Şirinovanı vurub. Şok vəziyyətində xəstəxanaya çatdırılan qadın 2 gün sonra ölüb.
Mərhumun həyat yoldaşı bildirib ki, hadisəni törədən sürücü qəzadan sonra onlara heç bir maddi dəstək göstərməyib, barışığa cəhd etməyib.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












