Qala qəsəbəsində avtomobil qatarla toqquşdu - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində "Ford" markalı yük avtomobili hərəkətdə olan qatara çırpılıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibi Bəxtiyar Hacıyev açıqlamasında bildirib ki, hadisə gecə saat 02:40-da baş verib. Sudaşıyan avtomobilin sürücüsü dəmiryol keçidi ilə bağlı qaydaları pozub və maşın Qala-Binə sahəsində hərəkət edən yük qatarının qarşısına çıxıb:
"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
Hadisə ilə bağlı araşdırma aparılır"./oxu.az
***11:36
Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Ford" markalı yük avtomobilinin hərəkətdə olan qatara çırpılması nəticəsində qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Soltanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO












