Qardaşından 8 ay sonra qəzada öldü: Digər vəfat edən müəllimdir - FOTO

Dünən axşam saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində vəfat edən şəxslərdən 1978-ci il təvəllüdlü Vəsfiyyə Yasin qızı Məlikova Korgöz qəsəbə məktəbinin riyaziyyat müəllimi imiş.
Belə ki, V. Məlikova həyat yoldaşı Ramin Məlikovun idarə etdiyi “Lada Priora” markalı avtomobildə olarkən onların maşını Lökbatan-Puta yolunda üzbəüz hərəkətdə olan və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillə toqquşub. Həmin avtomobilin isə manatlıq taksi kimi fəaliyyət göstərdiyi məlum olub.
“Hyundai”də olan sərnişinlərdən Hacıalı Adil oğlu Rüstəmov da hadisə yerində ölüb. Onun qardaşı 31 yaşlı Ramil isə ötən ilin avqustunda vəfat edibmiş.
Qeyd edək ki, hadisə nəticəsində hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Fotoda Vəsfiyyə Məlikova

Fotoda Hacıalı Rüstəmov

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












