Qardaşını xəstəxanaya apararkən qəzaya düşdü - 2 ölü

Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin ərazidə hərəkətdə olan “VAZ-2107” markalı 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Ford” markalı avtomobil toqquşub. Hadisə nəticəsində ““VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu ölüb, maşında olan sərnişin, rayonun Qardili kənd sakini 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralanan şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində (köhnə bazar) işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı isə başqa maşınla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya çatarkən onun da öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












