Banner

Qatar relsdən çıxdı: onlarla insan xəsarət alıb - FOTO

Qəzalar 16 Sentyabr 2018 19:42 Oxunub 929
Qatar relsdən çıxdı: onlarla insan xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin səbəbləri müəyyənləşdirilir

Pakistanda qatar relsdən çıxıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Geo News" "Pakistan Railways"in təmsilçisinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə Kəraçidən Peşavar istiqamətində hərəkət edən sərnişin qatarında baş verib. Qatarın səkkiz vaqonu relsdən çıxıb. Qəza nəticəsində 20 nəfər xəsarət alıb. Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə bağlı ərazidə qatarların hərəkəti dayandırılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh