Qaxda avtomobil uşağı vurub

Qaxda 5 yaşlı uşağı minik avtomobili vurub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinə istinadla məlumatına görə, hadisə bu gün axşam saat 17 radələrində rayonun Oncallı kəndi ərazisində baş verib. Oncallı kənd sakini Elvin adlı şəxs idarəetdiyi «VAZ 21064» markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə yolun kənarı ilə hərəkət edən kənd sakini 2013-cü il təvəllüdlü Cavid Xəyyam oğlu Cabbarovu vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı Cavid Cabbarov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan APA-ya verilən məlumata görə, Cavid Cabbarova qapalı kəllə-beyn travması diaqnozu qoyulub. Cavid Cabbarova xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Orxan
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












