Qaxda baş verən ağır yol qəzasının səbəbi məlum olub

Qax rayonunda 2 nəfərin ölümü, 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının səbəbi məlum olub. "Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, Zaqatala rayonunun Qandax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev idarə etdiyi 10-NB-862 dövlət qeydiyyat nişanlı, "Mercedes" marakalı mikroavtobusla hərəkətdə olan zaman birdən ürəyini tutub və infarkt keçirərək sükan arxasında ölüb. Bunu görən sərnişinlər dərhal sürücüyə yaxınlaşıb və mikroavtobusu saxlamağa çalışıblar. İdarəetmədən çıxan mikroavtobus qarşı tərəfdən gələn, Qax rayonunun Qaratala kənd sakini, 1993-cü il təvəllüdlü Fəxri Məmmədlinin idarə etdiyi 55-BD-700 dövlət qeydiyyat nişanlı "KamAZ" marakalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən deformasiyaya uğrayan mikroavtobus yolun kənarına aşıb.
Dünyasını dəyişən mikroavtobusun sürücüsü, İ.Əliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə yerləşdirilib. Meyitin üzərində aparılan ekspertiza zamanı sürücünün infarkt keçirərək öldüyü məlum olub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












