Qaxda yol qəzası olub, xəsarət alanlar var

Qaxda baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, sentyabrın 26-ı axşam saatlarında Şəki rayonu Aşağı Göynük kənd sakinləri 1967-ci il təvəllüdlü Dadaş Əli oğlu Mahmudov, 45 yaşlı Fərman Yusifov və Şəkinin Şin kənd sakini 1963-cü il təvəllüdlü Mirzə Məmməd oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan “Report”a bildirlib ki, müayinə zamanı hər üç şəxsin eyni minik avtomobilində Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində yol qəzasına düşməsi məlum olub. Yaralılardan Dadaş Mahmudov xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Fərman Yusifov və Mirzə Cəbiyevin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












