Qayığın qəzaya uğradı: 63 mühacir itkin düşüb - Liviya sahillərində

Mühacirləri daşıyan qayığın aralıq dənizinin Liviya sahilləri yaxınlığında qəzaya uğraması nəticəsində 63 nəfər itkin düşüb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi hadisə zamanı qəzaya uğrayan qayığın göyərtəsində 104 mühacirin olduğunu bildirib.
Bununla yanaşı, sahil-mühafizə xidməti 3 qayıqdan 276 nəfəri, o cümlədən batan qayıqdan 41 nəfəri xilas etməyə müvəffəq olub. Onların arasında bir neçə ölkənin vətəndaşlarının olduğu bildirilir.
Qeyd edək ki, Afrika və Yaxın Şərq ölkələrində baş verən bir sıra silahlı münaqişə və iqtisadi problemlər səbəbindən Avropa II Dünya müharibəsindən bəri ən böyük miqrasiya böhranı ilə üzləşib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2018-ci ilin əvvəlindən iyunun 20-dək dəniz yolu ilə Avropaya 41 min mühacir gəlib. Bu yolla ölkəsini tərk etməyə cəhd göstərən 960 nəfər isə Aralıq dənizində həyatını itirib. 2017-ci ilin analoji dövrü ərzində Avropaya 85 minə qədər mühacir gəlmiş, 2133 nəfər dənizdə batmışdı.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












