Qazaxda yoldan çıxan "BMW" divara çırpıldı; dörd gənc öldü - DİN-dən AÇIQLAMA

İyun ayının 5-də saat 03 radələrində Qazax rayonu, Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, ilkin araşdırmalara əsasən, “BMW” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB












