Qəbələ yolunda turistlər qəzaya düşdü: Maşından düşüb şəkil çəkdirdilər - VİDEO

Qəbələ–İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qarlı və sürüşkən yol şəraitində hərəkətdə olan 77-SY-514 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan şəxslər xəsarət almayıb. Qəza ilə bağlı dərhal müvafiq qurumlara məlumat verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunaraq avtomobildə olan şəxslərə köməklik göstəriblər.
Qeyd edək ki, hadisə anına dair görüntülər fitnes müəllimi Kamil Zeynallı tərəfindən sosial şəbəkədə paylaşılıb. O, paylaşımında qəzaya düşən şəxslərin turist olduqlarını bildirib. Görüntülərdən də məlum olur ki, qəzanın baş verməsinə baxmayaraq, avtomobildə olan şəxslərin vəziyyəti qənaətbəxş olub.
Qəzadan dərhal sonra turistlər aşıb qəzaya uğramış avtomobilin qarşısında xatirə şəkli də çəkdiriblər. Hadisənin qarlı və buzlu yol şəraitinin qəzada əsas rol oynadığı ehtimal olunur.
Hazırda Qəbələ–İsmayıllı yolunda hava şəraitinin dəyişkən olduğu, bəzi ərazilərdə yolun sürüşkən qalmaqda davam etdiyi bildirilir.
Eltac
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












