Qəbələdə maşın aşdı - Sürücü öldü - YENİLƏNİB

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
Oğuz və Qəbələ Rayon Mərkəzi xəstəxanalarından (RMX) bildirilib ki, yanvarın 26-da saat 03:15-də Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Oğuz RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"2000-ci il təvəllüdlü şəxsə bədənin və başın müxtəlif nahiyələrinin açıq yarası, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, diz oynağının parçalanmış sınığı, IV dərəcə komatoz vəziyyət, qulaqların travmatik amputasiyası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi müalicə məqsədilə pasiyent Qəbələ RMX-yə təxliyə olunub.
Reanimasiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb./oxu.az
***10:11
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ölən şəxs "Nissan Navara" markalı avtomobilin sürücüsü Mətin İbrahimov olub.
Qeyd edək ki, Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə yanvarın 26-da, saat 02:00-da qeydə alınıb.
"1998-ci il təvəllüdlü Mətin Vüsal oğlu İbrahimovun idarə etdiyi "Nissan Navara" markalı, 99-SC-744 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində həyatını itirib. Onun sərnişini, 2000-ci il təvəllüdlü Kənan İlqar oğlu Zakirzadə isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır", - deyə məlumatda bildirilir.
***09:16
Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə ötən gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi - FOTO
Belə ki, hərəkətdə olan "Nissan Navara" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı 1 nəfər ölüb, avtomobildə olan 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO
Ucarda iki “VAZ” toqquşdu, biri bordürə çıxdı - VİDEO









