Qəbələyə istirahətə gedən gənclər qəzaya düşdü: 6 nəfər xəsarət alıb

Qəbələ rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, ötən gecə saat 23:30 radələrində Qəbələ şəhərinin mərkəzində “Merсedes” markalı minik və “İveco” markalı yük avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilində olan 6 nəfər-Göyçay rayon sakinləri, 1987-ci il təvəllüdlü İsmayılov Elşən Elmdar oğlu, 1990-cı il təvəllüdlü Bəkirov Elçin Mahir oğlu, 1991-ci il təvəllüdlü Mərdanov Kənan Arif oğlu, 1993-cü il təvəllüdlü Babayev Səlim Soltan oğlu, 1991-ci il təvəllüdlü Babayev Fuad Soltan oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Namiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların Göyçaydan Qəbələyə istirahətə getdiyi bildirilir. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












