Qəza az, ölüm çox - Maşın sürə bilmirik?

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, Cənubi Qafqaz ölkələri arasında son 4 il ərzində ən az yol-nəqliyyat hadisəsi Azərbaycanda qeydə alınıb.
Azərbaycanda 6 min 380, Ermənistanda 17 min 839, Gürcüstanda isə 17 min 198 yol-nəqliyyat hadisəsi baş verib. Buna baxmayaraq, yol-nəqliyyat hadisələrində həlak olanların sayı da ən çox bizim ölkədədir. Belə ki, müvafiq olaraq, Azərbaycanda 3 min 166, Ermənistanda 1400, Gürcüstanda isə 1765 nəfər yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
Maraqlıdır, bunun əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yol-nəqliyyat hadisələri çox spesifik hadisələrdir, Cənubi Qafqazın özünəməxsus xüsusiyyəti var. Onun sözlərinə görə, müəyyən mental düşüncələr burada öz təsirini göstərir:
“Azərbaycanlılar və gürcüstanlılar buranın əsas sakinləridir, lakin ermənistanlılar sonradan gəlib. Bu səbəbdən bizim düşüncə tərzimizdə bir az çılğınlıq var. Avtomobildə təhlükəli davranışları çox sevirik, müəyyən manevrləri bacarırıqsa, bunu qəhrəmanlıq sayırıq. Lakin bu belə deyil”.
Mütəxəssis qeyd edib ki, Gürcüstanla Ermənistada ölüm rəqəmlərinin aşağı olması əhali sayı ilə bağlıdır, eyni zamanda avtomobil parkının da burada təsiri var:
“Ermənistan hansısa vasitə ilə avtomobillərin gömrük keçidindən daha ucuz və sadə prosedurlarla keçirilərək gətirilməsini təmin edə bildiyi üçün orada maşınlar çox ucuzdur. Hətta bir çox Rusiya vətəndaşı Ermənistandan avtomobil alıb aparır. Gürcüstan da öz yolunu tuta bilib. Azərbaycana 10 minə gələn avtomobil Gürcüstana 2 minə başa gəlir. Həmin ölkələrdə rüsum az olduğu üçün daha yeni avtomobillər gətirə bilirlər ki, belə olanda da ölüm və xəsarət halları daha az baş verir. Azərbaycanda da avtomobil parkının yenilənməsinə artıq başlanılıb. Bu barədə qərar verilib ki, avtomobillərin yaşı 15 ildən aşağı ola bilməz. Keçən ilin iyunundan sonra gətirilən avtomobillərə gəldikdə isə 8 il tələbi qoyulub. Elektrik və hibrid avtomobillər çıxandan sonra da ölkəmizdə o tip nəqliyyat vasitələrinə maraq çoxalıb. Beləliklə, ölkəmizdə avtopark yenilənəndən sonra müsbət nəticələr əldə edə biləcəyik”.
Ekspert nəzərə çatdırıb ki, ölkəmizdə yol-nəqliyyat hadisələrində bu qədər ölüm sayının çox olmasında piyadaların rolu böyükdür:
“Məsələn, ötən il 800 nəfər yol-nəqliyyat hadisəsi nəticəsidə ölübsə, onlardan 400-ü piyadalardır. Piyadaları çıxsaq, rəqəm digər Cənubi Qafqaz ölkələri ilə eyni olacaq. Piyadalarla bağlı çox ciddi tədbirlər görülməlidir. Yollarda qayda pozuntulara nəzarətin gücləndirilməsi yaxşı nəticələrə səbəb ola bilər”.(sfera.az)
Dəmiryolu qəzasında 19 nəfər xəsarət aldı - FOTO
Azneft dairəsində "BYD" mopedə çırpıldı - ANBAAN VİDEO
Sumqayıtda “Mercedes” aşdı - Ölən var
Sərxoş halda yola çıxan piyadanı maşın vurub öldürdü - VİDEO
Avtoqəzalarda 140 nəfər həlak olub - Hadisələrin 32,9 faizi həftənin ...
Bakıda özünü maşının qabağına atan piyada belə vuruldu - DYP xəstəxanaya çatdırdı - VİDEO
Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU
Çin istehsalı olan iki maşın toqquşdu - VİDEO
Biləcəridə “Prius” avtobusa çırpıldı - VİDEO
Müğənni qəza törətdi - Efriə taksi ilə gəldi - FOTO








