Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - FOTO

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mingəçevir-Bəhrəmtəpə yolunun Qaradolaq kəndindən keçən hissəsində “Qazel”lə toqquşan “VAZ 21015”dəki şəxslər Ağcabədidən Bərdəyə həkimə gedirmişlər.
Belə ki, “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev həyat yoldaşı Türkan Vəliyeva və 1972-ci il təvəllüdlü əmisi oğlu Elsevər Vəliyevlə birgə Bərdəyə yola düşdükdən az sonra faciəvi hadisə ilə üzləşiblər.
Qəza nəticəsində sürücü və əmisi oğlu Elsevər həlak olub. O.Vəliyevin Vətən müharibəsi iştirakçısı olduğu bildirilib.
Ağır xəsarətlər alan T.Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Fotoda: Orxan Vəliyev

Fotoda: Elsevər Vəliyev


Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












