Qəzada valideynlərini itirmiş şəxs: "Xəstəxana qəbul etmədi, atam ambulansda qaldı"

Ötən il noyabrın 9-da Gəncədə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qəzanın iştirakçısı Sənan İsgəndərov beş il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə günü Sənan İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. Nəticədə "Opel"də olan Faxrəddin Əliyev və həyat yoldaşı Kəbirə Əliyeva çatdırıldıqları xəstəxanada ölüblər.
2001-ci il təvəllüdlü S.İsgəndərovun 60 kilometr/saatdan çox olmayan sürətlə hərəkət etməli olduğu halda, avtomobili saatda 108 km/saat sürətlə idarə etdiyi müəyyənləşib.
Məhkəmədə ifadə verən zərərçəkmişlərin oğlu bildirib ki, xəstəxanaya gedəndə atasının başının yarıldığını, anasına da elektroşok verildiyini görüb:
"Təxminən, yarım saat sonra anam dünyasını dəyişdi. Bir gün sonra atamı Mərkəzi Klinika Gəncə Xəstəxanasına apardıq, həmin vaxt xəstəxananın pulunu ödəyə bilmədiyimiz üçün atamı qəbul etmədilər. Təxminən, 20 dəqiqə atam təcili tibbi yardım avtomobilində qaldı, sonra qardaşım pul tapıb gətirdi. Bir neçə gün sonra da atam dünyasını dəyişdi".
Fəxrəddin Əliyev və Kəbirə Əliyevanın hüquqi varisləri təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildiriblər. Onlar Sənan İsgəndərova yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.
Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən Fəxrəddin Əliyevin həyat yoldaşı Kəbirə Əliyeva Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırdı.
Ağır qəza BAŞ VERDİ: Ər-arvad öldü
Sumqayıtda qəza: Zərbədən avtomobilin ön təkəri qoparaq yola düşdü - VİDEO
Sükan arxasında yuxulayan sürücü körpüdən aşdı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Xaçmazda avtomobil Qudyalçaya aşdı: Sürücü reanimasiyaya yerləşdirildi - VİDEO
Bakıda bu ilin 6 ayı ərzində 1543 yol qəzası olub
Bakıda AĞIR QƏZA - Yevlax sakinini avtomobil vurdu - FOTO
Sürücü sürət həddini aşıb qəza törətdi; işıqfora çırpıldı - ANBAAN VİDEO
İki "Toyota” toqquşdu - 7 nəfər yaralandı - VİDEO
Maştağada əks yola çıxan “Jeep” və yük maşını toqquşdu - ANBAAN VİDEO
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Yanacaq maşını AŞDI; yanğın başladı - VİDEO










