Qəzadan sonra komaya düşən yeniyetmə 6 ay sonra vəfat etdi - FOTO

Altı ay bundan öncə Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı yeniyetmə vəfat edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" avtomobilində idarəetməni itirib, yol kənarındakı işıq dirəyinə çırpılıb və sonra avtomobil aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alıblar. Hər iki yaralı təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.
Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib. O, 6 ay komatoz vəziyyətdə olub və bu gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












