Qəzalar nəticəsində ölkə ekologiyasına necə ziyan dəyir? - ARAŞDIRMA

Azərbaycan təəssüf ki, yol qəzalarının çox olduğu ölkələrdəndir. İnsan ölümləri ilə nəticələnən qəzalardan da təəssüf ki, çox vaxt yayına bilmirik. Fevralın 28-də Ağcabədidə baş vermiş qəzada 5 nəfər həyatını itirib.
Yol qəzaları hər il onlarla ailəni başsız, onlarla uşağı valideynsiz, valideyni övladsız qoyur. Bu ürəkağrıdan faktlarla bərabər avtomobil qəzalarının ekoloji fəsadları da çoxdur.
Elə Ağcabədidəki qəzanın fotosuna diqqət edək. VAZ-2106 tanınmaz hala düşüb, ətrafa yağ dağılıb. Məlumat üçün deyək ki, bu avtomobilin mühərrikinin karterində orta hesabla 3,5, sürət qutusu və arxa körpüdə 2 litr yağ, soyutma sistemində 8 litr antifriz, çənində isə 15 litr yanacaq olduğunu nəzərə alaq. Sükan və tormoz mexanizmlərinin tutumu da təxminən 1 litrdir. Yağlar hamısı neftdən alınır, antifriz və tormoz mayesinin də istehsalında neft istifadə edilir.
Tədqiqat göstərir ki, 1 qram neft məhsulu 2 kvadrat metr sahəni çirkləndirmək üçün kifayətdir. Üzbəüz qəzada əksər hallarda radiator və karter zədələndiyi üçün mühərrik yağı və antifriz ətrafa dağılır. Daha ciddi qəzada sürət qutusu yağları və arxa körpünün yağı da təbiətə dağılır. Digər tərəfdən, avtomat transmissiyalı nəqliyyat vasitələrində yağ həcmi daha çox – minimum 5 litrdir. Ölkəmizdə qəzalar əksər hallarda 2 avtomobilin toqquşması ilə müşayiət olunur.
Yük avtomobilləri, traktor və ekskavatorlarda isə mühərrik, transmissiya, soyutma və hidravlik sistemlərdəki mayenin həcmi 100 litrdən çox olur. Yanacaq çəninin tutumu isə bundan da böyükdür.
1 qram neft məhsulunun nə qədər çirklənmə yaratdığını bilsək, o zaman ağır qəzaların hansı ekoloji fəsadlara yol açdığını təsəvvür etmək çox da çətin olmaz.
Qəza zamanı avtomobilin su hövzələrinə düşməsi ekoloji çirklənmənin miqyasını daha da artırır.
Vüqar Yaşaroğlu
Piyadaya yol verən maşını vurdular; dərhal yanmağa başladı - VİDEO
Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB
Səbaildə “Toyota” yük maşınına çırpıldı – Sıxlıq yarandı - VİDEO
Nazirlik Lənkərandakı qəza ilə bağlı məlumat yaydı
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO










