Qırıcı təyyarə qəzaya uğrayıb

Yaponiyada qəzaya uğramış ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsinin heyət üzvü xilas edilib. "Report" xəbər verir ki, bu barədə "Kiodo" Yaponiyanın Naha hərbi bazasının rəhbərliyinə istinadən xəbər verib. Xəbərdə bildirilir ki, ekipaj üzvü Yaponiyanın özünümüdafiə qüvvələri tərəfindən xilas olunub. Qeyd edək ki, heyət üzvü katapulta vasitəsilə qəzaya uğrayan təyyarədən xilas olmuşdu. Onun aqibəti məlum deyildi. ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi Yaponiyanın cənubunda qəzaya uğrayıb.
***03:33
ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi Yaponiyanın cənubunda qəzaya uğrayıb. Bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə Okinava adasının sularında qeydə alınıb. Təyyarənin heyət üzvü katapulta vasitəsilə xilas olub. Lakin onun taleyi naməlumdur. Qeyd edilir ki, qırıcı təyyarə Kadena hərbi bazasından Okinava adasına doğru uçurmuş. ABŞ-ın Yaponiyadakı hərbi obyektlərinin 70 faizi bu adada cəmləşib. Kadena ABŞ-ın Hərbi Hava Qüvvələrinin Birləşmiş Ştatların sərhədlərindən kənardakı ən böyük bazasıdır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












