Qırmızıdan keçən sürücü ağır qəza törədib piyadanı da vurdu - VİDEO - YENİLƏNİB

TƏBİB iyunun 18-də Bakıda yol qəzası zamanı vurulan piyadanın vəziyyətini açıqlayıb.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 16:30 radələrində Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub:
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 20 yaşlı şəxsə (qadın cinsli) zəruri tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Ona körpücük sümüyünün sınığı, baş-beyin sirkələnməsi, döş qəfəsinin zədələnməsi diaqnozları təyin edilib.
Dərhal yaralıya zəruri tibbi xidmətlər göstərilib, instrumental-diaqnostik müayinələrdən keçirilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb".
***10:11
Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Belə ki, gəldiyi sürətlə svetoforun qırmızı işığında yolu keçən minik avtomobili hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılaraq, qaydalara əməl edib piyada zolağından istifadə edən iki piyadadan birini vurub. Digər piyada isə qəzadan son anda xilas ola bilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dəfələrlə svetoforun qadağanedici işarəsinə əməl etməməyin nə qədər təhlükəli olduğunu əks etdirən hadisələrin videogörüntülərini yol hərəkəti iştirakçılarının diqqətinə çatdırıb. Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bəzi sürücülər məsuliyyətsizlik edib bir neçə saniyə irəli düşməkdən ötrü başqalarının həyatını təhlükə altında qoyurlar.
"Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, svetoforun qırmızı işığında dayanmaq - yalnız qanuni tələb yox, həm də insani məsuliyyətdir. Bu cür qayda pozuntusu piyada və digər sürücülərin həyatına son qoyur və ya onların xəsarət almaları ilə nəticələnir", - məlumatda deyilir.
Skuterlə qayda pozan gənc qəzaya düşdü; dişləri sındı - VİDEO
Ağdaşda AĞIR QƏZA: ÖLƏN var - YENİLƏNİB
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - ÖLDÜ - VİDEO
Qəzada yaralanan 24 yaşlı Şahin vəfat etdi - FOTO
“Tesla” qarşı yola çıxıb TIR-la toqquşdu; qadın sürücü öldü - VİDEO
Minik avtomobili yük maşınına çırpılıb: Paytaxtda qəza - VİDEO
Novxanı-Pirşağı yolunda “Mercedes” aşdı - VİDEO
Sürəti azaldıb təhlükə yaradan sürücülər qəzaya səbəb oldu - REAL VİDEO
“Hyundai” sürücüsü qayda pozub qaçdı; yol polisini maşınla sürüdü - VİDEO
İşıqforu gözardı edən “BYD” sürücüsü qəza törətdi - REAL VİDEO
Sumqayıtda qəza: İki “VAZ” toqquşaraq sıradan çıxdı - VİDEO










