Qobustanda avtomobil aşdı: 3 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qobustan rayonunun “Cəngi” adlanan ərazisində qeydə alınıb. Qobustan sakini, 1998-ci il təvəllüdlü Baloğlanov Teymur Adil oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan iti vurub və sürücü idarəetməni itirərək avtomobili aşırıb. Hadisə zamanı sürücü Teymur Baloğlanov, həyat yoldaşı 1991-ci il təvəllüdlü Baloğlanova Fəridə Cəbrayıl qızı və anası, 1956-cı il təvəllüdlü Baloğlanova Ziyafət İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












