Qrup yoldaşları faciəvi qəzada həlak olan Vasifi Türkiyədə yad etdilər - FOTOLAR

5 gəncin vəfatı ilə nəticələnən ağır qəzada "Lexus" markalı avtomobil idarə şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi olub.
Avtosfer.az Gencexeber.az-a istinadən xəbər verir ki, dekabrın 7-də saat 02:00 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Lexus" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində sürücü - Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu, 2003-cü il təvəllüdlü Vasif Həsənli, eləcə də qardaşı – 24 yaşlı Rusif Həsənli, əmisi oğlu – 35 yaşlı İldırım Həsənli, həmçinin 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə həlak olublar.
Həyatını itirən şəxslərin hamısı Zəhmətabad kənd qəbiristanlığında yan-yana dəfn edilib.
Məlumata görə, Vasif Həsənli Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində təhsil alıb və həyatının 3 ilini Gəncədə yaşayıb. O, ADAU–EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində Türkiyənin Ege Universitetinə bütün qruplar arasında ən yüksək bal toplayaraq qəbul edilib. Bakalavr təhsilini başa vurduqdan sonra isə hərbi xidmətə yollanıb.
Sözügedən proqramla magistr təhsilini davam etdirən Vasifin Gəncə şəhərindən olan qrup yoldaşları İzmirdə mərhumun ruhuna ehsan veriblər.
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO














