Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR

Ötən gün Quba-Susay-Xınalıq yolunun Qaleyxudat kəndindən keçən hissəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti başçısının Əlik İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Ağasiyevin Bizim.media-ya verdiyi məlumata görə, qəzaya uğrayan "Ford" markalı avtomobilin sürücüsü, 52 yaşlı Füzuli sakini İlqar Əhmədov dumanlı havada yolu azıb.
Belə ki, sürücü Qrız kəndinə dönməli olsa da, 10-12 km artıq məsafə qət edib. Nəticədə "Ford" yüksəklikdən dərəyə aşıb.
Qəzada sürücü həyatını itirib, sərnişin Ramil İbrahimzadə isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qəzaya uğrayanlar Qrız kəndində kino çəkən yaponiyalı yaradıcı heyətə sanitar avadanlıqlar aparırmışlar. Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yapon film heyəti serialın bir bölümünü Qrız kəndində çəkirmiş.
Ağır qəzanın başvermə səbəbi Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində başlanılan araşdırmalar nəticəsində müəyyən edəcək.
Bu faciəli olay sürücülərə bir daha avtomobil yollarında, xüsusən dağ massivlərində hava şəraitinə görə daha ehtiyatlı olmalarının, həyatlarını riskə atmamalarının nə dərəcədə önəmli olduğunu göstərir.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












