Qubada 25 yaşlı gəncin öldüyü qəza ilə bağlı iş yenidən araşdırılacaq

Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qalib Mirzəyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti baxışdan çıxarılıb, məhkumun müdafiəçisinin kassasiya şikayəti Cinayət-Prosessual Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.
İttihama görə, hadisə 2023-cü il iyunun 7-də Quba şəhərində qeydə alınıb.
Belə ki, VAZ-2107 və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 25 yaşlı Elnur Kəlbiyev yerindəcə ölüb, sərnişin, 20 yaşlı Sahil İsayev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra "Opel"in sürücüsü Qalib Mirzəyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Q.Mirzəyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Q.Mirzəyevin müdafiəçisi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Hökmdən, eyni zamanda, dövlət ittihamçısı apellyasiya protesti verib, məhkumun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, təklif etdiyi həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə hökmün dəyişdirilməsini istəyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməyib.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












