Rusiyada avtomobil dayanacağa çırpıldı: Ölən və yaralananlar var

Rusiyanın Yaroslavl şəhərində avtomobil dayanacağa çırpılıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
"Moskva vaxtı ilə saat 08:18 radələrində Tutayevsk şosesi, 1 ünvanının yaxınlığında xarici avtomobil idarə edən şəxs piyadaları və dayanacağı vurub. İlkin məlumatlara əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində 1985-ci il təvəllüdlü bir kişi dünyasını dəyişib, daha iki vətəndaş isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib", - deyə rəsmi məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü polisin "saxla" tələbinə tabe olmayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozub və hadisə yerindən qaçmağa cəhd göstərib. Qayda pozucusunun təqib edilməsi və saxlanılması üçün dərhal operativ tədbirlər görülüb. "Sürücülük hüququ olmayan 18 yaşlı sürücü saxlanılıb, hazırda onun barəsində cinayət işinin başlanması məsələsinə baxılır", - deyə qurumdan əlavə edilib. (oxu.az)
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO












