Sabirabadda fəhlələri daşıyan traktor aşdı: 6 nəfər ölüb - FOTO

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. "Report"un Şirvan bürosu xəbər verir ki, rayonun Şəhriyar kənd sakini, İmanov Xalid Əjdər oğlu idarə etdiyi traktorla tarlaya işçiləri aparan zaman traktor idarəetmədən çıxaraq su kanalına düşüb. İlkin məlumata görə, nəticədə qoşquda əyləşən 7 qadın sərnişindən 5-i ölüb. Daha iki nəfər isə ağır halda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri xəstəxanada ölüb. Hadisə nəticəsində ölənlərdən ikisinin adı məlum olub. Bu, Məlahət İmanova və Reyhan Qasımovadır.
***9:39
Sabirabad rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Şəhriyar kəndi ərazisində baş verib. Belə ki, fəhlələri tarlaya aparan traktor aşıb. Nəticədə traktorun qoşqusunda olan 5 nəfər ölüb. Faktla bağlı araşdırmalara başlanılıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

















