Şabranda "Qaz 53" dirəyə çırpıldı - Sürücü ÖLDÜ - YENİLƏNİB

Şabranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"İyunun 1-i saat 00:20-də Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) dəqiqləşdirilməmiş kəllə daxili travma, başın alın təpə nahiyyəsinin kəsilmiş yarası, 1975-ci il təvəllüdlü şəxs (kişi cinsli) dəqiqləşdirilməmiş kəllədaxili travma, burun nahiyəsinin sıyrılmış yarası, sağ çiyin nahiəsinin əzilməsi, sağ baldırın orta 1/3-nin əzilməsi diaqnozları ilə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü şəxs isə (kişi cinsli) başın alın təpə nahiyəsinin cırılmış yarası, sağ çiyin nahiyəsinin əzilməsi diaqnozları ilə Cərrahiyyə şöbəsinə yerləşdirib.
Hər üç şəxsin vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
***09:36
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində baş verib.
Belə ki, 1980-cı il təvəllüdlü Özbəy Əmirhəmzəyev idarə etdiyi "Qaz 53" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Maşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












