Salyan-Qarabağlı yolunda ağır qəza: "Nissan" mikroavtobusa çırpıldı - VİDEO - YENİLƏNİB

Salyan-Qarabağlı yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 08:00-da Salyan rayonu Xələc kəndi ərazisində qeydə alınıb.
"1977-ci il təvəllüdlü Rəşad Asif oğlu Bayramovun idarə etdiyi 20-DM-499 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus qarşıda hərəkətdə olan 1984-cü il təvəllüdlü Nicat Fəxrəddin oğlu Gözəlovun idarə etdiyi 90-UG-663 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 2004-cü il təvəllüdlü sərnişin Nazlı Vüsal qızı Mustafayeva yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanır.
***
Salyan-Qarabağlı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə buna dair videogörüntü paylaşılıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında "Nissan" markalı minik avtomobili "Mercedes" markalı mikroavtobusa çırpılıb.
Hadisənin baş verməsinə səbəb kimi yolun buz bağlaması göstərilir.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Təfərrüat üçün aidiyyəti quruma sorğu verilib.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












