Salyanda ağır qəzada həlak olan şəxs general Mais Bərxudarovun SÜRÜCÜSÜ OLUBMUŞ - FOTO - VİDEO

Salyanda ağır yol qəzasında həlak olan şəxslə bağlı maraqlı detal ortaya çıxıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində "Lada Priora" markalı avtomobilin qəzaya uğraması nəticəsində həlak olan Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov daha əvvəl sabiq korpus komandiri, general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.

***
Neftçala rayon sakini yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, rayonun Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zeyqəm Kamil oğlu İbrahimovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili avtobusla toqquşub.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Zeyqəm İbrahimov hərbi qulluqçu olub və Vətən müharibəsində iştirak edib.
***
Dekabrın 18-də saat 9:50-də Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib.
Məlumatda qeyd olunub ki, avtomobillərin toqquşması nəticəsində iki nəfər (kişi) Salyan RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri stabil qiymətləndirilir".
***10:00
Salyan rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə səhər saatlarında Ələt - Astara avtomobil yolunun Salyan rayonu Aşağı Kürkəndi kəndi ərazisində qeydə alınıb. Qəza zamanı minik avtomobili və avtobus toqquşub. Hadisə nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan Zeyqəm İbrahimov ölüb.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, nəqliyyat vasitəsində qalan meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












