Salyanda ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO

Bu gün Salyan şəhərinin mərkəzində, Ə.Hüseynzadə və Ə.Hüseynov küçələrinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, “TəmizQaz” QSC-nin Salyan rayonlararası filialına məxsus 99 AV 621 dövlət nömrə nişanlı, Neftçala rayonu, Kürqarabucaq kəndinin 28 yaşlı sakini Rafət Rafiq oğlu Hüseynovun idarə etdiyi “Niva” markalı avtomaşınla Salyan şəhər sakininin idarə etdiyi 99 HM 230 dövlət nömrə nişanlı “Mercedes-C“ markalı minik maşınının toqquşması nəticəsində “NİVA”-nın sürücüsü ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Xəsarət alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bu arada qəzada xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib. Bunlar “TəmizQaz” QSC-nin əməkdaşı, Salyan rayonu Yolüsütü kənd sakini, 26 yaşlı Soltan İlham oğlu Hüseynli; “TəmizQaz” QSC-nin əməkdaşı, Salyan rayonu Qaraçala qəsəbəsinin 27 yaşlı sakini Əzizağa Ağamirzə oğlu Hüseynov; “Mercedes-C”nin sürücüsü, 27 yaşlı Salyan şəhər sakini Hikmət Hekayət oğlu Əliyevdir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













