Salyanda avtomobillər toqquşub, ölənlər və xəsarət alanlar var

Salyanda yol qəzasında ölənlərin sayı üçə çatıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərən biri ölüb.
***
Salyanda baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.
Onlar Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü Vüqar İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədovdur.
Xəsarət alanların Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Mirzağa Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Məmmədova, qızları 2011-ci il təvəllüdlü Fatimə Məmmədli və 2011-ci il təvəllüdlü Tərlan İmanov (qəzada ölən Vüqar İmanovun oğlu) olduğu bildirilir.
Salyan Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, rayonun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb.
***
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Noxudlu kəndində iki “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












