Salyanda iki avtomobil toqquşdu - FOTO - YENİLƏNİB

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yanvarın 28-də, saat 11:10-da iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 11:00-da rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. BMW markalı, 99-GA-139 dövlət nömrə nişanlı avtomobillə VAZ markalı, 52-BL-784 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Xəsarət alanlar VAZ markalı avtomobildə olan sərnişinlərdir./oxu.az
***11:53
Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
BMW və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












