Salyanda "Prado" "06" ilə toqquşdu; ölənlər və xəsarət alanlar var - ADLAR - FOTO - VİDEO

Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı dörd nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəzada xəsarət alan rayonun Şorsulu kənd sakini Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.
***
Salyanda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölənlər rayonun Şorsulu kənd sakinləri, Əhmədov Elnur Faiq oğlu, 1987-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu və 1963-cü il təvəllüdlü Qasımov Nizami Həsənağa oğludur. Yaralılar 2003-cü il təvəllüdlü Hümbətov Əlifağa Elsevər oğlu, 2001-ci il təvəllüdlü Məmmədova Rəhmiyyə Rəhman qızı və 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğludur.
***
Salyanda baş verən qəzada ölənlərin sayı üç nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb. Xəstəxanaya çatdırılan yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib. Daha əvvəl iki nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilib. Faktla bağlı araşdırma aparılır.
***
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO















