Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO - YENİLƏNİB

Salyan rayonunda minik maşınının obyektə çırpılması nəticəsində avtomobilin salonu, mühərriki və obyektin damı yanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu, Ə.Quliyev küçəsində yerləşən obyektdə və vətəndaşa məxsus "Chevrolet Cobalt" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən avtomobilin idarəetməni itirərək yol kənarında yerləşən, ümumi sahəsi 60 kvadratmetr olan, fəaliyyət göstərməyən obyektə çırpılaraq yanğınla nəticələnən qəza hadisəsinin baş verdiyi müəyyən edilib.
Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin salonu, mühərriki və obyektin dam örtüyü 10 kvadratmetr sahədə yanıb.
Avtomobilin və obyektin qalan hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda vurğulanıb.
***
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayılıb.
Bildirilib ki, hadisə gecə saat 00:00-da rayonda "Plastmas" massivinə gedən yolda qeydə alınıb. Ümid Gözəlovun idarə etdiyi "Chevrolet Cobalt" markalı, 90-YD-598 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq, təmir sexinə çırpılıb. Nəticədə avtomobil yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar. Sürücünün yüngül xəsarət aldığı bildirilir.
İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB











