Salyanda üç nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI - VİDEO

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Noxudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. İki "Mercedes" markalı minik avtomobilinin toqquşması faciə ilə nəticələnib.
Baku TV-nin məlumatına görə, hadisə nəticəsində Sabirabad rayon sakinləri - 61 yaşlı Vüqar İmanov və 32 yaşlı Coşqun Məmmədov aldıqları ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Vüqar İmanovun oğlu - 32 yaşlı Tərlan İmanov xəstəxanada dünyasını dəyişib. Qəza zamanı daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Sabirabad rayon sakinləri - 31 yaşlı Mirzağa Məmmədov, onun həyat yoldaşı 33 yaşlı Pərvanə Məmmədova və qızları 15 yaşlı Fatimə Məmmədlidir.
"Zəng etdilər ki, qonşun qəzaya düşüb. Üç balası yetim qaldı. Mirzağanın dayısı nəvəsi Moskvaya qayıdırdı. Onu yola salmağa gedirdilər, başlarına bu iş gəldi", - deyə qəzaya düşənlərin yaxını hadisə ilə bağlı danışarkən bildirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












