Şamaxı sakini həmyerlisinin avtomobilini aşırıb, 3 nəfəri döyərək xəsarət yetirib - FOTO

Şamaxı rayonunda avtomobil qəzası törədilib, 5 nəfər xəsarət alıb.
Avtosfer.Az-ın APA-ya istinadən xəbərinə görə, bu gün saat 17:00 radələrində rayonun Dağ Bağırlı kənd sakini Zeynalov Adil Surət oğlu qardaşı oğlu Zeynalov Röyal Sahib oğlu ilə birgə "VAZ 21011" markalı minik avtomobili ilə Göylər kəndində qarşıda hərəkət edən həmkəndlisi, Cəfərov Tural Həbib oğluna məxsus "VAZ 2107" markalı minik avtomobilini arxa tərəfdən vuraraq onu aşırıb.
Hadisə zamanı Tural Cəfərov və xalası oğlu Cəfərov Rəşadət Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sonra "VAZ 21011"-in sürücüsü Adil Zeynalov qarşıda hərəkətdə olan, Tural Cəfərovun qardaşı Cəfərov Xətai Həbib oğluna məxsus "VAZ 2106" markalı minik avtomobilinin də qarşısını kəsərək onu aşırmaq istəyib. Avtomobil dayanan kimi Adil Zeynalov və qardaşı oğlu Röyal Zeynalov sürücü Xətai Cəfərovu və onun atası Həbib Cəfərovu, qardaşı Agah Cəfərovu bel və ağacla döyərək onlara ağır bədən xəsarətləri yetiriblər.
Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, Xətai və Tural Cəfərovlar bu gün analarının ölümünün ildönümü ilə bağlı qəbristanlığa ziyarətə gediblər və oradan geri qayıdarkən bu hadisə baş verib.
Hadisəni törədənlərlə xəsarət alanlar arasında əvvəllər də bir neçə dəfə münaqişə olduğu bildirilir.
Hazırda polis əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















