Samuxda iki maşın toqquşdu, ölən var - YENİLƏNİB

Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 02.09.2025-ci il tarixində saat 11:10 radələrində 7 nəfər (5 kişi, 2 qadın cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə təxliyə olunublar.
Hazırda Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində onların müayinələri davam etdirilir.
***13:03
Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Kür yolunda qeydə alınıb. Rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü R. Behbudovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşub. Qəza zamanı sürücü R. Behbudov ölüb. Avtomobildə olan Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü E. Behbudov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi













