Samuxda traktor aşdı: ağır yaralılar var

Samux rayonunda traktorun aşması nəticəsində xəsarət alan sürücünün adı məlum olub. "Report"un Qərb bürosu xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Fəxrəddin Əhmədov idarə etdiyi traktorla fəhlələri əkin sahəsinə apararkən idarəetməni itirib və traktoru aşırıb. Nəticədə sürücü və traktorun qoşusunda olan fəhlələr xəsarət alıb. Sürücünün vəziyyəti ağır olduğundan o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
***12:39
Samux rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun İnstitut qəsəbəsində baş verib. İdarəetmədən çıxan traktorun aşması nəticəsində xəsarət alan sürücü və traktorda olan sərnişinlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












