Şəkidə avtomobil ağaca çırpıldı - ÖLƏN var - YENİLƏNİB

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 22-si, gecə saat 2-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (kişi cinsli) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə ilkin tibbi yardım göstərilib və dərhal Reanimasiya şöbəsinə yerləşdiriliblər. Travmatik şok diaqnozu təyin edilən, vəziyyəti ağır qiymətləndirilən 1981-ci il təvəllüdlü şəxsə zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, saat 4:20-də ölüm faktı qeydə alınıb.
Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən 2010-cu il təvəllüdlü yeniyetmə və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən 2016-cı il təvəllüdlü azyaşlının da vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunur.(oxu.az)
***09:23
Şəkidə ağır yol qəzası baş verib; ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Qəza zamanı sürücü T. Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 2016-cı il təvəllüdlü Kənan Təvəkkül oğlu Şirəlizadə və azyaşlının xalası oğlu 2010-cu il təvəllüdlü Fəqan Şahin oğlu Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücü T. Şirəliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












