Şəkidə avtomobil qəzaya düşdü: ölən və yaralananlar var

Şəkidə qəzaya düşən “Chevrolet” markalı avtomobili əslən Balakəndən olan və hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan Samir Balakişiyev idarə edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəzadan sonra sürücü Samir Balakişiyev yüngül xəsarət alsa da, onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Lali Baiyevna Balakişiyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin, sürücünün qardaşı oğlu, 1980-ci il təvəllüdlü İmran Ənvərbəy oğlu Balakişiyev Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəzaya düşən yaxın qohumlar Rusiyadan Balakən rayonu Katex kəndində yaşayan qohumlarının toyuna gəlirlərmiş.
*** 16:06
Şəkidə Rusiya dövlətinə məxsus minik avtomobili qəzaya düşüb, bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. “Chevrolet”markalı, H 118 CH-46 Rusiya dövlət nömrə nişanlı minik avtomobili Şəkidən Balakən rayonu istiqamətində hərəkətdə olakən idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb. Qəza nətəcəsində avtomobildə olan və şəxsiyyəti hələ ki, məlum olmayan qadın hadisə yerində ölüb. Avtomobildə olan daha iki nəfər sərnişin isə aldıqları bədən xəsarətləri ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar. Hazırda ölən qadının və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Qəzaya düşənlərin Balakən rayonu Katex kənd sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













