Şəkidə yol qəzası - Sürücülər yaralandı

Şəkidə yük maşını minik avtomobili ilə toqquşub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 15.00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
Oğuz rayonu Kərimli kənd sakini 1983-cü il təvəllüdlü Asif Arif oğlu Cəfərovun idarə etdiyi “Mersedes” markalı “90 CM 399” dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki şəhər sakini 1993-cü il təvəllüdlü Haldun Etibar oğlu Qafarovun idarə etdiyi “Ford” markalı “90 JJ 781” dövlət nömrə nişanlı kiçik tutumlu yük maşını ilə toqquşub. Qəzadan sonra “Mersedes”-in sükanı arxasında sıxılmış vəziyyətdə qalan sürücü A. Cəfərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb. A. Cəfərov və “Ford” markalı yük maşınının sürücüsü H. Qafarov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
MRX-dan APA-ya bildirilib ki, yaralılardan A. Cəfərovun müayinəsi davam edir, H. Qafarovun vəziyyəti yüngül olduğundan ona yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












